Accessibility links

General Elçin Quliyev İran generalının bəyanatını “savadsız və qeyri-peşəkar” adlandırıb


General Elçin Quliyev İran generalının bəyanatını “savadsız və qeyri-peşəkar” adlandırıb

General Elçin Quliyev İran generalının bəyanatını “savadsız və qeyri-peşəkar” adlandırıb

Azərbaycan İranı dövlət sərhədindən narkotik vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməyə çağırır.

“İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, briqada generalı Seyid Həsən Firuzabadinin İranın kütləvi informasiya vasitələri tərəfindən yayılmış bəyanatı tərəfimizdən böyük təəccüb və hiddət hissi ilə qarşılandı”. Bunu APA agentliyinə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-leytenant Elçin Quliyev bildirib.
DSX rəisi bildirib ki, İran dövlətinin rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü və dövlət sərhədləri rəsmi tanınaraq qəbul edilib. “Belə olan halda İran generalının öz səlahiyyətlərini aşaraq rəsmi dövlət mövqeyinə zidd, ultimativ xarakterli bəyanatlar verməsini, hətta Azərbaycanın rəhbərliyinə tövsiyələr etməsi Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilir. Bəyanat sahibinin bu cür səviyyəsiz, savadsız və qeyri-peşəkar ifadələrlə diqqət mərkəzində olmağa çalışması əvəzinə, İran-Azərbaycan dövlət sərhədindən narkotik vasitələrin və başqa qaçaqmalın qanunsuz keçirilməsinə cəhd edən, digər qeyri-qanuni fəaliyyətlə məşğul olan silahlı təxribatçı dəstələrin zərərsizləşdirilməsi üzrə tədbirlər görməsini daha məqsədəuyğun hesab edirəm».
General hesab edir ki, Firuzabadi kimi şəxslər öz təxribat xarakterli əməlləri ilə Azərbaycan və İran xalqlarının qədim tarixi köklərə malik ənənəvi qonşuluq və dostluq münasibətlərinə heç bir xələl gətirə bilməyəcək. “ Hazırda olduğu kimi gələcəkdə də İranın qonşu dövlətlərlə, xüsusilə də Azərbaycanla münasibətlərini bu kimi şəxslər müəyyən etməyəcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG