Accessibility links

Hillari Klinton İranı mövqeyindən əl çəkməyə çağırıb


Hillari Klinton İranı mövqeyindən əl çəkməyə çağırıb
Hillari Klinton İranı mövqeyindən əl çəkməyə çağırıb

ABŞ dövlət katibi Hillari Klinton İranı mövqeyindən əl çəkib, nüvə danışıqlarının bərpasına çağırıb. Xanım Klinton deyib ki, nüvə ambisiyalarına dair beynəlxalq ictimaiyyətin narahtlıqlarına cavab vermək İranın borcudur. Avropa İttifaqının xanım Klintonla görüşən xarici siyasət şöbəsinin rəhbəri Katrin Aşton danışıqların yeni raundunu görmək arzusunda olduğunu bildirib. Keçən həftə İranın nüvə müzakirəçisi Səid Cəlili İranın 6 dünya qüdrəti ilə müzakirələrə hazır olduğunu demişdi. Cəlilinin təklifi xanım Aştonun Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ adından İrana ünvanladığı məktuba cavab idi.

XS
SM
MD
LG