Accessibility links

Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk etməyə çağırıb


Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk etməyə çağırıb
Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk etməyə çağırıb

Əfqanıstan prezidenti Həmid Karzay beynəlxalq qüvvələri Əfqanıstanı tərk edib, Pakistan sərhədlərinə yerləşməyə çağırıb. Karzay bu çağırışı Kunar vilayətinin paytaxtı Əsədabad şəhərinə səfəri zamanı edib. Əfqan lideri deyib ki, onun hökuməti NATO-ya terroristlərin Əfqanıstanda deyil, qonşu Pakistanda olduğunu sübut edib. Həmid Karzay əfqanların səbirli xalq olduğunu, lakin səbrin artıq tükəndiyini bildirib. Əfqanıstanda mülki vətəndaşlar arasında tələfat son zamanlar narahatlıq mövzusudur. Bu ayın əvvəllərində ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandanı, general Deyvid Petreas Kunar vilayətində hava hücumları zamanı 9 uşağın ölümünə görə üzr istəmişdi.

XS
SM
MD
LG