Accessibility links

Kamboca paytaxtında basırıq 348 adamın ölümünə səbəb olub

  • Amerikanın səsi

Kamboca paytaxtında basırıq 348 adamın ölümünə səbəb olub

Kamboca paytaxtında basırıq 348 adamın ölümünə səbəb olub

Kamboca paytaxtı Fnom Penhdə keçirilən festival zamanı yaranan basırıq 348 adamın ölümünə, yüzlərlə adamın yaralanmasına səbəb olub.İzdiham Tonle Sap çayı üzərindəki körpüdən keçərkən yaranan təşviş nəticəsində yüzlərlə adam ayaq altında qalıb. Şahidlər deyir ki, bəzi adamlar körpüdən atıldıqdan sonra suda boğulub. Kamboca baş naziri Hun Sen insidentlə bağlı təhqiqat aparılmasına göstəriş verib. O, cümə axşamını matəm günü elan edib. Basırıqdan bir neçə saat sonra təcili yardım maşınları yaralıları xəstəxanaya daşımaq üçün əraziyə gəlmiş, xilasedicilər çayda cəsədləri axtarmağa başlamışlar. Basırığın ilkin səbəbləri hələlik aydın deyil.

XS
SM
MD
LG