Accessibility links

Keçmiş deputatlığa namizədlər Avropa Şurasından narazıdır


Keçmiş deputatlığa namizədlər Avropa Şurasından narazıdır

Keçmiş deputatlığa namizədlər Avropa Şurasından narazıdır

Avropa Şurası Azərbaycandakı parlament seçkilərinə hüquqi qiymət verməyə çağırılır

Keçmiş deputatlığa namizədlərin və vətəndaş cəmiyyəti fəallarının forumu Azərbaycan ictimaiyyəti adından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət qəbul edilib.
Müraciətdə Avropa Şurası total şəkildə saxtalaşdırılmış parlament seçkilərinə hüquqi qiymət verməyə çağırılır.

Sənəddə Azərbaycanda demokratik seçkilər üçün şərait olmadığı qeyd edilir. Avropa Şurası bütün əvvəlki seçkilərin saxtalaşdırılmasına adekvat reaksiya verməyib. Müraciətdə 7 noyabr seçkilərində pozuntulara göz yummuş AŞPA missiyası müşahidəçilərinin ünvanına tənqid də yer alıb.
Sənəddə həmçinin AŞ Venesiya Komissiyasının işi mənfi qiymətləndirilib. Komissiyanın tövsiyələri əsasında sərbəst toplaşmaq azadlığı haqqında qanun qəbul edilib ki, hakimiyyət bu qanundan mitinqlərə icazə verməkdən imtina etmək üçün istifadə edir.
Müsavat Partiyasının başqanı İsa Qəmbər seçkiləri biabırçı adlandırıb və onlun nəticələrini ləğv edilməsinə, ölkədə yeni demokratik vəziyyət formalaşdırılmasına çağırıb.
AXCP sədri Əli Kərimli deyib ki, ölkədə azadlıqlar gündən-günə məhdudlaşdırılır. “Hakimiyyət fərqli düşüncənin kökünü tamamilə kəsməyə çalışır. Siyasi partiya və vətəndaş cəmiyyəti fəallarının demokratik islahatlar üzrə ümumi strategiya işləyib hazırlaması zəruridir. Bu, təkcə seçkilərin təkmilləşdirilməsinə deyil, həm də büdcənin şəffaflığının təmin edilməsinə, korrupsiyaya qarşı mübarizəyə aid olmalıdır”, - deyə o qeyd edib.
Forum Naxçıvanın Şərur rayonundan keçmiş deputatlığa namizəd Səxavət Əliyevin qohumlarına fiziki təzyiqlərlə bağlı bəyanat da qəbul edib.

XS
SM
MD
LG