Accessibility links

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi Sabunçu icra başçısının Maştağa üzrə nümayəndəsini və Bakı şəhər Ticarət və Xidmət departamentinin məsləhətçisini rüşvət alarkən tutub.

Bakı şəhərində iki vəzifəli şəxs rüşvət alma ittihamı ilə həbs edilib.

Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Baş prokuror ya­nın­da Korrupsiyaya Qarşı Mü­barizə İda­­rəsi Bakının Sabunçu rayon icra hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Arzu Hadıyev və Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Departamentinin məsləhətçisi Hüseyn İsmayılovu rüşvət alarkən yaxalayıb. Belə ki, Arzu Hadıyev vətəndaşdan 1.300 manat, Hüseyn İsmayılov isə 300 manat rüşvət alarkən cinayət başında tutulub. Hər iki fakta görə Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə cinayət işi başlanıb və hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, son bir ayda rüşvət alma ittihamı ilə artıq beşdən çox vəzifəli şəxs həbs edilib.

XS
SM
MD
LG