Accessibility links

Əli Abdulla Saleh yeni konstitusiyanın təsisinə söz verib


Əli Abdulla Saleh yeni konstitusiyanın təsisinə söz verib

Əli Abdulla Saleh yeni konstitusiyanın təsisinə söz verib

Yəməndə bir aydır davam edən etirazlardan sonra prezident Əli Abdulla Saleh yeni konstitusiyanın təsisinə söz verib. Onun dediyinə görə, konstitusiya ilə bağlı səsvermə ilin sonundək başa catdırılacaq. Milli televiziya ilə çıxışı zamanı Yəmənin dövlət başçısı qüdrətlərin bölüşdürülməsini nəzərdə tutan yeni konstitusiyanın hazırlanması üçün xüsusi komissiya yaradılacağını və ilin sonunadək referendum təşkil ediləcəyini bəyan edib. Müxalifət isə prezidentin qərarının gec və cüzi olduğunu deyir. Əli Abdulla Saleh 1978-ci il hərbi çevrilişdən sonra hakimiyyət başına gəlib. Yəməndə su və neft ehtiyatları tükənməkdə, işsizlik və doğum səviyyəsi artmaqdadır. Hazırda Yəmən əhalisinin yarısı 15 yaşından aşağı uşaqlardır.

XS
SM
MD
LG