Accessibility links

Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxs həbs edilə bilər


Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxs həbs edilə bilər
Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxs həbs edilə bilər

Beynəlxalq Cinayət məhkəməsinin prokuroru Luis Moreno Osampo Liviyada bəşəriyyətə qarşı cinayətkarlıq ittihamı ilə 3 şəxsin həbsini tələb edəcəyini bəyan edib. Prokuror onların adlarını açıqlamasa da, siyahıda Liviya prezidenti Müəmmər Qəzzafinin ön sırada yer alacağı təxmin edilir. Luis Moreno Osampo deyib ki, 11 ölkədə 30 missiyanın keçirdiyi 50 müsahibə, video və foto-şəkillər Liviyada mülki əhalinin təhlükəsizlik qüvvələrinin sistematik hücumuna məruz qaldığını göstərir. Prokuror fevral ayından bəri Qəzzafi qüvvələrinin hökumət əleyhinə nümayişçilərə qəddarcasına divan tutduğunu deyib.

XS
SM
MD
LG