Accessibility links

Liviyada insan hüquqlarının vəziyyəti araşdırılacaq

  • Amerikanın səsi

Liviyada insan hüquqlarının vəziyyəti araşdırılacaq

Liviyada insan hüquqlarının vəziyyəti araşdırılacaq

BMT-nin İnsan Hüquqları Şurası Liviyada insan hüquqları sahəsində pozuntuların araşdırılması üçün 3 nəfərdən ibarət komissiya təşkil edib.Bunu şuranın prezidenti Siasak Fuangkekeou bəyan edib. Şura bundan əlavə Liviyanın şuradakı üzvlüyünü ləvğ edib. Liviyanın müxalifət qüvvələri Liviya lideri Müəmmər Qəzzafinin insanları işgəncələr, uzunmüddətli cəzalar və digər zorakılıqlara məruz qoyduğunu iddia edir. Bu iddiaların araşdırılması üçün Misirin insan hüquqları eksperti Şərif Bassioni,Çikaqodan professor Asma Xader və kanadalı vəkil Filip Kirş təyin edilib. Komissiya işinə gələn iki həftə ərzində başlamalı, iyun ayında İnsan Hüquqları Şurasına hesabat təqdim etməlidır.

XS
SM
MD
LG