Accessibility links

Madriddə minlərlə məktəb müəllimi tətil elan edib

  • Amerikanın səsi

Madriddə minlərlə məktəb müəllimi tətil elan edib

Madriddə minlərlə məktəb müəllimi tətil elan edib

Bu gün İspaniyanın paytaxtı Madrid şəhərində minlərlə məktəb müəllimi büdcə və ştat kəsirlərinə etiraz olaraq, tətil elan edib. İki gün davam edəcək tətil 300 məktəbə təsir göstərəcək. Ölkənin digər şəhərlərində müəllimlər daha az saat çalışmağı planlaşdırır. Həmkarlar İttifaqıları siniflərdə çoxsaylı şagirdlər olmasının təhsilin keyfiyyətinə təsir etdiyini deyir. Onlar müəllimlərin hazırlaşmağa vaxtları olmadığı və uşaqlarla kifayət qədər vaxt keçirə bilmədiyindən şikayətlənir. Ispaniya beynəlxalq borclara müraciət etməmək üçün büdcədə ixtisarlar etməyə məcburdur. İspaniya 17 ölkənin daxil olduğu avrozonada ən yüksək, 17 faiz işsizliyə malikdir.

XS
SM
MD
LG