Accessibility links

Meksika Körfəzindəki quyuda neft sızması müşahidə olunub


Meksika Körfəzindəki quyuda neft sızması müşahidə olunub

Meksika Körfəzindəki quyuda neft sızması müşahidə olunub

BP bildirib ki, bərkidilmiş qapağın quyudan neft axınının qarşısını saxlaya biləcəyini təsdiqləmək üçün yoxlama işləri görürlər

BP Meksika Körfəzində nəhəng neft axınıın nəticələrinin aradan qaldırılması məqsədilə dörd milyard dollara yaxın pul xərclədiyini bildirib. BP bazar ertəsi bildirib ki, keçən həftə bərkidilmiş qapağın quyudan neft axınının qarşısını tam saxlaya biləcəyini təsdiqləmək üçün yoxlama işləri görməyə davam edirlər. Şirkətin bəyanatı bazar günü quyu yaxınlığında müşahidə olunan neft axınına aid edilməyib. Mühəndislərin yeni qapadılmış quyu yaxınlığında neftin sızmasını aşkar etməsindən sonra ABŞ BP-dən quyunun yenidən açılaraq yoxlanılması üçün planın təqdim edilməsini tələb edib. Dövlətin neft axınına münasibətinə nəzarət edən ABŞ rəsmisi Ted Allen sızma barədə məlumat təsdiqlənərsə, quyunun yenidən açılması üçün BP-dən əməliyyat üsulunun yazılı şəkildə təqdim olunmasına başçılıq edəcək.

XS
SM
MD
LG