Accessibility links

Memfis hava limanında iki müsəlman təyyarədən endirilib


Memfis hava limanında iki müsəlman təyyarədən endirilib
Memfis hava limanında iki müsəlman təyyarədən endirilib

Amerikanın Tennessi ştatının Memfis hava limanında pilotun müsəlmanlar olan təyyarəni sürməyəcəyi xəbərdarlığından sonra iki müsəlman təyyarədən endirilib.Milli geyimlərində olan müsəlmanlar Şimali Karolina ştatında müsəlmanlar haqda rəylə bağlı konfransda iştirak etməli idi. Onlardan biri Memfis universitetinin şərqşünas professoru Masudur Rəhman, digəri isə Məhəmməd Zaqloul adlı şəxsdir. Onların dediyinə görə, pilot sərnişinləri narahat etməmək üçün onları təyyarəyə minməyə qoymayacağını deyib. Nəqliyyat Təhlükəsizliyi Administrasiyası insidenti təsdiq edib. Onlardan üzr istənildikdən sonra kompensasiya və başqa reys təklif edilib.

XS
SM
MD
LG