Accessibility links

Misir seçiciləri konstitutsiya dəyişikliklərini böyük səs çoxluğu ilə təsdiq etdilər


Misir seçiciləri konstitutsiya dəyişikliklərini böyük səs çoxluğu ilə təsdiq etdilər

Misir seçiciləri konstitutsiya dəyişikliklərini böyük səs çoxluğu ilə təsdiq etdilər

Misirdə seçicilər böyük səs çoxluğu ilə konstitutsiyaya düzəlişlərə dəstək verərək erkən seçkilərə yol açıblar.

14.1 milyon seçici və ya seçicilərin 77.2 faizi düzəlişlərin lehinə, 4 milyon, yaxud 22.8 faiz adam isə əleyhinə səs verib. Rəsmilər bildirir ki, bazar günü 45 milyon seçicisi olan Misirdə 41 faizin səsvermə məntəqələrinə gəlməsi seçici fəallığı baxımdan rekord göstərici olub.

Səsvermədə fəallığın artmasında basilica rolu son anda referendum kampaniyasına qoşulan və ölkədə ən yaxşı təşkilatlanmış müxalifət qruplaşması sayılan Müsəlman Qardaşlığı oynayıb. Misirin kopt xristian icmasının rəhbərləri dini radikalizmi rədd etdikərini deyərək ölkədəki xristianları düzəlişlərin əleyhinə səs verməyə çağırıblar.

Nəzərdə tutulan dəyişikliklərə prezidentlik müddətinin 2 dəfə 4 il olması da daxildir. Dünən keçirilən səsvermədə böyük fəallıq nümayiş etdirilib. Səsvermə məntəqələrində uzun növbələr olduğu deyilir. Referendum Misirin demokratiya yolunda ilk sınağıdır.

Səsvermənin nəticələri erkən prezident və parlament seçkilərinə yol açacaq

XS
SM
MD
LG