Accessibility links

Müəmmər Qəzzafi Qərb qüvvələri ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib


Müəmmər Qəzzafi Qərb qüvvələri ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib
Müəmmər Qəzzafi Qərb qüvvələri ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

ABŞ və müttəfiq qüvvələr bu gün Tripoli yaxınlığındakı hökumət obyektlərini hədəf alıb. Döyüş təyyarələri həmin bölgəni bombalayıb. Liviya prezidenti Müəmmər Qəzzafi ordusuna qarşı hücuma keçən Qərb hərbi qüvvələri ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib. Televiziya ilə yayımlanan audio mesajında Qəzzafi deyib ki, Amerika və Avropa ölkələrinin müdaxiləsinə bəraət qazandırmaq olmaz. ABŞ hərbi qüvvələrinin komandanı, general Mayk Mallen BMT-nin təsdiqi ilə yaradılan qeyri-üçüş zonasındakı əməliyyatların yaxşı keçdiyini bildirib. General tələfat barədə məlumat olmadığını deyib. Liviya televiziyasının məlumatında 48 adamın həlak olduğu,150-dən artıq adamın yaralandığı bildirilib.

XS
SM
MD
LG