Accessibility links

NATO Əfqanıstanda istintaqa başlayıb


NATO Əfqanıstanda istintaqa başlayıb
NATO Əfqanıstanda istintaqa başlayıb

NATO hava hücumları zamanı səhvən 7 nəfərin öldürülməsi ilə bağlı istintaqa başlayıb. Hava hücumu Taliban lideri və onun silahdaşlarını daşıdığı düşünülən maşını hədəf almışdı. Helmənd vilayətində mülki vətəndaşların cəsədləri hücumdan sonra keçirilən yoxlanış zamanı aşkar edilib.Öldürülənlər arasında iki kişi, iki qadın və üç uşaq var. Helməndin qubernatoru Məhəmməd Gülab Manqal hücumu pisləyərək, mülki vətəndaşların risk qarşısında olduğunu deyib. Əfqanıstanın digər böıgəsində yaraqlıların hücumu nəticəsində bir NATO əsgərinin həlak olduğu bildirilir.

XS
SM
MD
LG