Accessibility links

Obama administrasiyasının aparıcı üzvləri Amerikanın Liviya ilə bağlı mövqeyini dəstəkləyir

  • Amerikanın səsi

Obama administrasiyasının aparıcı üzvləri Amerikanın Liviya ilə bağlı mövqeyini dəstəkləyir

Obama administrasiyasının aparıcı üzvləri Amerikanın Liviya ilə bağlı mövqeyini dəstəkləyir

ABŞ prezidenti Barak Obamanın administrasiyasının aparıcı üzvləri Amerikanın Liviya ilə bağlı mövqeyini dəstəkləyərək, ABŞ-ın humanitar böhrana son qoyulması,Tunis və Misirdə sabitliyin bərqərar edilməsi üçün bu addımı atdığını deyir. ABŞ dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Geyts qeyri-uçuş zonasında Amerikanın koalisya qüvvələrinə başçılıq səylərini təqdir edib. Onlar koalisiya qüvvələrinin Müəmmər Qəzzafinin xalqını qırmasına yol verməmək üçün əməliyyata keçdiyini deyib. Tənqidçilər və siyasi müxalifət bildirir ki, prezident Obama Konqreslə məsləhətləşmədən Liviya ilə bağlı ölçülər götürməməli idi. Sabah ABŞ prezidentinin Amerikanın Liviya ilə bağlı mövqeyini açıqlayacağı gözlənilir.

XS
SM
MD
LG