Accessibility links

Prezident Əliyev: Neftin bahalaşması inflyasiya risklərini artıra bilər


Prezident Əliyev: Neftin bahalaşması inflyasiya risklərini artıra bilər
Prezident Əliyev: Neftin bahalaşması inflyasiya risklərini artıra bilər

Dövlət başçısı 2011-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini deyib. O bildirib ki, hökumətin əsas məqsədi qeyri-neft sektoru inkişaf etdirmək, iqtisadiyyatın neft və qaz amilindən asılılığını azaltmaqdır.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib.

Prezidentin rəsmi saytının məlumatına görə, dövlət başçısı 2011-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini qeyd edib. O bildirib ki, hökumətin əsas məqsədi qeyri-neft sektoru inkişaf etdirmək, iqtisadiyyatın neft və qaz amilindən asılılığını azaltmaqdır. “İlin ilk üç ayında sənaye istehsalı 0,3 faiz artıb. Sənayenin inkişafında mühüm amil kimi ölkədə qeyri-neft sənayesi 9,8 artıb. Hazırda neft hasilatı yüksək həddə çatıb, növbəti illərdə qaz istehsalı da artacaq”.
Prezident Əliyev ölkənin valyuta ehtiyatlarının 34,7 milyard dollara çatdığını deyib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən, bu məsələdə Azərbaycanın mövqeyinin birmənalı olduğunu deyib. “Münaqişə ilə bağlı aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır və heç bir şərt irəli sürülmədən ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”, - deyə o qeyd edib.
Prezident Əliyev dünya bazarlarında neftin bahalaşmasının inflyasiya risklərini artıra biləcəyinə bildirib. O istehlak qiymətlərinə nəzarətin olduğunu, daim monitorinq aparıldığını və inhisarçılığa qarşı mübarizənin həm idxalda, həm daxili istehsalda daha da güclü olması üçün tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Nəzərə çatdırıb ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi öz nəticələrini verir və görülən tədbirlər xalq tərəfindən yüksək qiymətləndirilir.
Cənab Əliyev Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunduğunu, təhlükəsizlik tədbirlərinin çox güclü, kriminogen durumun yaxşı olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı büdcəyə əlavələrin edilməsinin vacibliyini də bildirib.

XS
SM
MD
LG