Accessibility links

İran nüvə müzakirələrinin bərpasına hazırdır

  • Amerikanın səsi

İran nüvə müzakirələrinin bərpasına hazırdır

İran nüvə müzakirələrinin bərpasına hazırdır

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri Katrin Aşton İranın nüvə müzakirələrinin bərpasına hazır olduğunu bildirib. Bu gün Brüsseldə danışan xanım Aşton İranın nüvə müzakirəçisi Səid Cəlilidən danışıqların noyabr ayının 10-da keçirilməsi barədə məktub aldığını deyib. Təklifi mühüm inkişaf kimi qiymətləndirən Katrin Aşton İrana BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Alamnaiya ilə müzakirələr keçirilməsini təklif etmişdi. BMT-nin Təhlükəsizlik Şurası uran zənginləşdirilməsi proqramını dayandırmaqdan imtina etdiyinə görə İrana qarşı artıq bir necə sanksiya tətbiq edib. İran isə nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.

Avropa İttifaqının xarici əlaqələr şöbəsinin rəhbəri İranın nüvə müzakirəçisi Səid Cəlilidən danışıqların noyabrın 10-da keçirilməsi barədə məktub aldığını deyib

XS
SM
MD
LG