Accessibility links

İran prezidenti Aştiyaninin işi ilə bağlı narahatlığını bildirənləri tənqid edib


İran prezidenti Aştiyaninin işi ilə bağlı narahatlığını bildirənləri tənqid edib
İran prezidenti Aştiyaninin işi ilə bağlı narahatlığını bildirənləri tənqid edib

İran prezidenti daşlanmaqla ölüm hökmünə məhkum edilən Səkinə Məhəmmədi Aştiyaninin işi ilə bağlı narahatlığını bildirənləri tənqid edib. Mahmud Əhmədinejad deyib ki, tənqidlər ədalətsizdir, belə ki, Amerikada da qadınlar ölüm hökmünə məhkum edilir. İran prezidenti məhkəmə prosesinin hələ başa çatmadığını bildirib. Amerika, Avropa İttifaqı və beynəlxalq insan hüquqları təşkilatları İranı ölüm hökmünün icra edilməməsinə çağırır. 43 yaşlı Aştiyani 2006-ci ildə xəyanat ittihamı ilə həbs və 99 şallağa məhkum edilmişdi. Bir il sonra ona daşlanmaqla ölüm hökmü verilmişdi.

XS
SM
MD
LG