Accessibility links

İran və Livanın xarici işlər nazirləri Tehranda görüş keçirib


İran və Livanın xarici işlər nazirləri Tehranda görüş keçirib
İran və Livanın xarici işlər nazirləri Tehranda görüş keçirib

Qərbin İranın Hizbullah qrupu ilə əlaqələri ilə bağlı narahatlıqlarının artdığı bir vaxt İran və Livanın xarici işlər nazirləri münasibətlərin dərinləşdirilməsi məqsədi ilə Tehranda görüş keçirib. Əli Şami və Əli Əkbər Salehi regional və beynəlxalq inkişafları müzakirə edib. Nazirlər viza və konsulluq əməkdaşlığı məsələsini də gündəmə gətirib. Qərb ölkələri və İsraili İranın Hizbullah üzərindəki artmaqda olan nüfuzu narahat edir. Livanın xarici işlər naziri Əli Şami və digər 18 ölkənin dövlət başçıları yeni il münasibəti ilə İrandadır. İran artıq ikinci ildir ki, Novruz şənliklərinə dünya ölkələrinin liderlərini dəvət edir. Qonaqlar arasında Türkmənistan, Azərbaycan, Türkiyə, İraq, Albaniyadan da nümayəndələr var.

XS
SM
MD
LG