Accessibility links

İran xarici diplomatları ölkəyə dəvət edib


İran xarici diplomatları ölkəyə dəvət edib
İran xarici diplomatları ölkəyə dəvət edib

İran nüvə obyektlərini nümayiş etdirmək üçün xarici diplomarları ölkəyə dəvət edib. Lakin diplomatlar Tehranın dünyanın bir necə aparıcı ölkəsini bu sıyahıya salmadığını deyirlər. İran rəsmiləri bütün xərclərini üzərinə götürdüyü səfərin gələn ay Türkiyədə keçiriləcək müzakirələrdən öncə, yanvar ayının 15-i və 16-ı baş tutacağını bildirir. İranın dəvətini alan ölkələrə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin, habelə Misir, Kuba və Avropa İttifaqının pezidentliyini icra edən Macarıstan daxildir. Diplomatlar İranın ABŞ, Böyük Britaniya , Fransa və Almaniyanı dəvət etmədiyini bildirir.

XS
SM
MD
LG