Accessibility links

İranda yeni virus aşkar edilib

  • Amerikanın səsi

İranda yeni virus aşkar edilib

İranda yeni virus aşkar edilib

İranın mülki müdafiə təşkilatının rəhbəri Qulam Reza Cəlali ölkəyə qarşı kibernetika hücumunun bir hissəsi olaraq, yeni kompyuter virusunun aşkar edildiyini bildirib. İranın Mehr xəbər agentliyinin cənab Cəlaliyə istinadən bildirdiyinə görə, Stars adlanan virus kompyuter sisteminə hücum mahiyyəti daşıyır. Lakin o, virusun hədəfi və nə edə biləcəyi barədə məlumat verməyib. Qulam Reza Cəlali virusla bağlı təhqiqat aparıldığını deyib. Bu ayın əvvəllərində mülki müdafiə təşkilatının rəhbəri kompyuter viruslarının arxasında Amerika və İsrailin durduğunu demişdi. Təhlilçilər Stixnes virusunun Buşehr atom-elektrik stansiyasını hədəf aldığını bildirmişdi.

XS
SM
MD
LG