Accessibility links

İranın Məhabad şəhərində 4 terrorçu həbs edilib


İranın Məhabad şəhərində 4 terrorçu həbs edilib
İranın Məhabad şəhərində 4 terrorçu həbs edilib

İranın dövlət mətbuatının bildirdiyinə görə, Məhabad şəhərinin izdihamlı yerlərinə bomba yerləşdirməyə cəhd göstərən 4 terrorçu həbs edilib. Hökumət rəsmiləri onların eyni ailənin üzvü olduğunu bildirib. Şübhəlilərin üçü dünən Məhabad şəhərində, digəri isə şəhəri tərk etməyə çalışarkən ələ keçirilib. İRNA xəbər agentliyi prokuror Səməd Həzrətiyə istinadən bildirib ki, həmin şəxslər Məhərrəm ayının ilk on günü ərzində təxribat törətməyə çalışıb. Sentyabr ayında Məhabad şəhərində keçirilən parad zamanı baş verən partlayış 12 adamın ölümünə səbəb olmuşdu.

XS
SM
MD
LG