Accessibility links

İraqın yeni kabineti ilk iclasını keçirib


İraqın yeni kabineti ilk iclasını keçirib
İraqın yeni kabineti ilk iclasını keçirib

Bu ilin mart ayında keçirilən nəticəsiz seçkilərin ardınca İraqda hökm sürən 9 aylıq siyası çıxılmazlıdan sonra bu gün ölkənin yeni kabineti ilk iclasını keçirib. Baş nazir Nuri Əl-Maliki kabinetinə bildirib ki, o, diqqətini təhlükəsizlik məsələləri, neft, kənd təsərrüfatı sənayelərinin inkişafına yönəltmək istəyir. Nazir habelə başqa dövlərlərlə mədəniyyət və digər əlaqələrin qurulmasını istədiyini dilə gətirib. Dünən İraq parlamenti yeni hökuməti təsdiq edən qərar qəbul edib. Qanunvericilər təklif olunan 42 kabinet vəzifəsindən 29-u təsdiqləyib. Digərləri təsdiq olunana kimi isə hazırki nazirlər öz vəzifələrində qalacaq.

XS
SM
MD
LG