Accessibility links

Rəcəb Tayyib Ərdoğan Müəmmər Qəzzafini istefa verməyə çağırıb


Rəcəb Tayyib Ərdoğan Müəmmər Qəzzafini istefa verməyə çağırıb

Rəcəb Tayyib Ərdoğan Müəmmər Qəzzafini istefa verməyə çağırıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Liviya prezidenti Müəmmər Qəzzafini istefa verib, ölkəni təcili şəkildə tərk etməyə çağırıb. Bu gün İstanbulda danışan baş nazir bildirib ki, Qəzzafi islahatlar çağırışılarına məhəl qoymadan, qan, göz yaşı və qətl yolunu seçib. Rəcəb Tayyib Ərdoğan Liviya xalqının daha artıq əzabına yol verilməməsi üçün onun hakimiyyətdən kənarlaşmasının vacibliyini vurğulayıb. Bir zamanlar Liviya hökumətinin yaxın müttəfiqi olan Türkiyə mart ayında o ölkəyə qarşı sanksiyaların əleyhinə çıxış etmişdi. Dünən Türkiyə Liviyadakı səfirlik işçilərinin geri qaytarılacağını bəyan edib. Türkiyə Liviyada qalan bir neçə diplomatik missiyadan biri idi.

Bu arada, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luiz Moreno-Okampo Liviyada bəşəriyyətə qarşı cinayətkarlığa dair dəlillər əldə edildiyini bildirib.O, nümayişçilərin atəşə tutulması, qanunsuz həbslər və işgəncələrə dair faktların aşkar edildiyini deyib. Qəzzafiyə sadiq qüvvələr isə Misrata şəhərinə hücumlarını davam etdirir.

XS
SM
MD
LG