Accessibility links

Rusiya havadan müdafiə sistemini yaxın zamanda Qazaxıstana yerləşdirəcək

  • Amerikanın səsi

Rusiya havadan müdafiə sistemini yaxın zamanda Qazaxıstana yerləşdirəcək

Rusiya havadan müdafiə sistemini yaxın zamanda Qazaxıstana yerləşdirəcək

Rusiya havadan müdafiə sisteminin yaxın zamanda Qazaxıstanda yerləşdiriləcəyini bəyan edib. Rusiyanın Müdafiə Nazirliyinin sözçüsü İrina Kovalçuk bildirib ki, müdafiə naziri Anatoli Serdyukov və onun qazax həmkarı Adilbek Jaksubekov raketlərdən müdafiə sistemi haqda Moskvada müzakirələr keçirib. Qazaxstan Rusiya ilə keçən il 40 S-300 tipli müdafiə qurğularının satışına dair razılıq əldə edib. Bu raketlər 90 kilometrlik məsafəni qət etmə qabiliyyətinə malikdir. Rusiya Kollektiv Təhlükəsizlik Sazişi Təşkilatına üzv sabiq sovet respublikaları ilə hərbi əməkdaşılığını genişləndirmək planlarını açıqlayıb. Quruma Ermənistan, Belars, Qazaxıstan, Rusiya, Özbəkistan və Tacikistan üzvdür.

XS
SM
MD
LG