Accessibility links

Rusiya narkotiklərə qarşı mübarizədə beynəlxalq qurumları qeyri-effektivlikdə günahlandırır

  • Amerikanın səsi

Rusiya narkotiklərə qarşı mübarizədə beynəlxalq qurumları qeyri-effektivlikdə günahlandırır

Rusiya narkotiklərə qarşı mübarizədə beynəlxalq qurumları qeyri-effektivlikdə günahlandırır

Rusiya preziidentinin Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulov NATO-nu narkotik maddə qaçaqmalçılığı ilə mübarizədə Moskvaya lazımi yardım göstərməməkdə günahlandırıb. İnterfaks xəbər agentliyinə müsahibəsi zamanı cənab Kabulov bildirib ki, bu sahədə görülən işlər effektiv deyil. O, Rusiyanın əməliyyatlarını davam etdirdiyini, lakin NATO-nun praktiki iştirakdansa yalnız müşahidəçi missiyası həyata keçirdiyini deyib. Zamir Kabulov Avropa ölkələrinin Rusiyanın Avropaya keçməzdən əvvəl narkotinlərin qarşısını alma səylərini adi hal kimi qəbul etdiyini bildirib. Rusiya preziidentinin Əfqanıstan üzrə nümayəndəsi deyib ki, ABŞ-ı Kolumbiyadan gələn kokain Əfqanıstandan alınan heroindan daha artıq narahat edir. Rusiyada iki milyona yaxın insan narkotiklərdən asılıdır.

XS
SM
MD
LG