Accessibility links

Rusiyada hava limanlarının fəaliyyəti araşdırılır


Rusiyada hava limanlarının fəaliyyəti araşdırılır
Rusiyada hava limanlarının fəaliyyəti araşdırılır

3 gün aeroportlarda qalan qəzəbli sərnişinlər hava limanı işçilərinə hücum edib. Şeremetyevo hava limanında qarşıdurma Aeroflot işçilərinin sərnişinlərlə müzakirə etdikləri vaxt baş verib.Domodedovo hava limanında qəzəbli insanların pasrort nəzarəti məntəqəsinə hücum etməsi qiyam polisinin vəziyyətə müdaxilə etməsinə səbəb olub. Rusiya prezidenti Dmitri Medvedyev Moskvanın hava limanlarında buz və buzlu yağışın səbəb olduğu yüzlərlə uçuşun təxirə salınması və minlərlə sərnişinin aeroportlarda qalmasından sonra əməliyyatlar barədə araşdırılma aparılmasına sərəncam verib. Prezident hava limanlarının hava nəqliyyatı və fövqəladə hallarda sərnişinlərə xidmətlərlə bağlı qaydalara riayət edib-etmədiyi müəyyən etməyə çalışır. Moskvada bazar günü buzlu hava şəraiti Domodedovo hava limanının fəaliyyətini tamamilə dayandırmışdı. Uçuşlar 15 saatadək təxirə salınmışdı.

XS
SM
MD
LG