Accessibility links

İsrail İran gəmilərinin Aralıq dənizindən keçməsini təhrikçilik kimi qiymətləndirib


İsrail İran gəmilərinin Aralıq dənizindən keçməsini təhrikçilik kimi qiymətləndirib
İsrail İran gəmilərinin Aralıq dənizindən keçməsini təhrikçilik kimi qiymətləndirib

İranın iki hərbi dəniz donanması gəmisinin Aralıq dənizi vasitəsi ilə Suriya sahillərinə yan almasını İsrail təhrikçilik kimi qiymətləndirib. İsrail prezidenti Şimon Peres bildirib ki, bu, İsrailə birbaşa təhlükədir. Reuters xəbər agentliyinin bildirdiyinə görə, gəmilər Suriyaya dünən gecə çatıb. İranın hərbi dəniz donanması komandiri gəmilərin standart proqram üzrə Suriyaya səfər etdiyini deyib və bunun digər ölkələrə sülh və dostluq mesajı olduğunu bildirib. Misir İran gəmilərinə ilk dəfə Suez kanalından keçməyə icazə verib. İran 1979-cu il İran İslam İnqilabından bəri ilk dəfərdir ki, bu kanaldan istifadə edir.

XS
SM
MD
LG