Accessibility links

Suriya qüvvələri Dəraa şəhərindəki məscidə hücum edib


Suriya qüvvələri Dəraa şəhərindəki məscidə hücum edib
Suriya qüvvələri Dəraa şəhərindəki məscidə hücum edib

Şahidlərin sözlərinə istinad edən xəbər agentlikləri Suriyada qüvvələrin Dəraa şəhərindəki məscidə hücum etdiyini bildirir. Hazırda bu şəhər hökumət əleyhinə nümayişlərin mərkəz nöqtəsidir.Tanklarla müşayiət edilən qüvvələr Omari məscidində olan insanları oranı tərk etməyə məcbur edib. Məscidin yerləşdiyi bölgə vertolyot və tankların hücumuna məruz qalıb. Şahidlər qarşıdurma zamanı bir neçə adamın həlak olduğunu deyir. Dünən Dəraa şəhərində zorakılıqlar 62 adamın ölümü ilə nəticələnmişdi. İnsan hüquqları müdafişçiləri 6 həftə əvvəl başlayan iğtişaşlar səbəbi ilə yüzlərlə insanın həlak olduğunu bildirir.

XS
SM
MD
LG