Accessibility links

Tehranda terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək


Tehranda terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

Tehranda terrorizmlə mübarizəyə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək

IRNA agentliyinin məlumatına görə, İran prezidentinin dəvət məktubu Azərbaycan prezidentinə təqdim edilib. Azərbaycan prezidentinin rəsmi saytında isə İran prezidentinin dəvət məktubu barədə məlumat verilmir.

İran prezidenti Mahmud Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi Tehranda keçiriləcək terrorizmlə mübarizə məsələlərinə həsr edilmiş beynəlxalq konfransda iştirak üçün ölkəsinə dəvət edib. IRNA agentliyinin məlumatına görə, Azərbaycan prezidentinə İran dövlət başçısının dəvət məktubunu İran xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybani təqdim edib.
Azərbaycan prezidentinin rəsmi saytında da dövlət başçısının mayın 23-də İranın xarici işlər nazirinin müavini Mohammad Reza Rauf Şeybanini qəbul etdiyi bildirilir. Amma, dövlət başçısının görüşü barədə rəsmi xəbərdə İran prezidentinin dəvət məktubu barədə məlumat verilmir.

Azərbaycan prezidentinin rəsmi saytında, görüşdə iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyi və bu əlaqələrin hazırda yüksək səviyyədə olduğu qeyd edilib.

Prezident İlham Əliyev iki ölkə arasında çoxlu sayda ikitərəfli sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edib və razılaşdırılmış bütün məsələlərin həyata keçirildiyini bildirib. Dövlət başçısı Azərbaycan-İran güclü əlaqələrinin regional əməkdaşlıq baxımından önəmini qeyd edib.

XS
SM
MD
LG