Accessibility links

Vergilərin ixtisarı və işsizlik imtiyazlarına dair qanun layihəsi Senatın təsdiqinə çıxarılıb


Vergilərin ixtisarı və işsizlik imtiyazlarına dair qanun layihəsi Senatın təsdiqinə çıxarılıb
Vergilərin ixtisarı və işsizlik imtiyazlarına dair qanun layihəsi Senatın təsdiqinə çıxarılıb

ABŞ prezidenti Barak Obamanın müxalif respublikaçılarla vergilərin ixtisarı və işsizlik imtiyazlarına dair kompromis əldə etdiyi qanun layihəsi Senatın təsdiqinə çıxarılıb. Dünən keçirilən sınaq səsverməsində 858 milyard dollarlıq sənəd təsdiqi üçün lazım olan 60 faiz səsi əldə edib. Sabah qanun Nümayəndələr Platasının təsdiqinə veriləcək. Konqresin 2001-ci ildə sabiq prezident Corc Buşun hakimiyyəti dövründə təsdiq etdiyi vergi qanunu ilə bağlı razılığa əsasən işsizliyin təzminat müddəti 13 aya qədər uzadılmalıdır. Respublikaçılar ən zəngin 2 faiz və orta sinif amerikalıların vergi ödənişləri müddətinin uzadılmasını istəyir.

XS
SM
MD
LG