Accessibility links

Yaponiyada radiasiyaya son qoyulması prosesi aylarla sürə bilər

  • Amerikanın səsi

Yaponiyada radiasiyaya son qoyulması prosesi aylarla sürə bilər

Yaponiyada radiasiyaya son qoyulması prosesi aylarla sürə bilər

Yaponiyada radiasiyaya son qoyulması prosesinin aylarla sürə biləcəyi barədə xəbərdarlıq yayılıb. Bir necə aparıcı rəsminin xəbərdarlığı Fukuşima nüvə obyektində 20 sm-lik dəlik aşkar edildikdən sonra verilib. Dünən həmin dəlikdən radiasiya sızmasının qarşısının alınması cəhdləri baş tutmamışdı.

Reaktorların soyuldulmasına çalışılan üç həftə ərzində reaktorlara böyük həcmdə duzlu su tökülüb. Dünən Yaponiya baş naziri Naoto Kan ilk dəfə olaraq sunaminin viran qoyduğu bölgəyə səfər edib. Rikuzentakata şəhərində cənab Kan şəhərin meri ilə görüşüb. Merin həyat yoldaşı sunaminin qurbanı olub və hələ də itkindir. Mart ayının 11-də baş verən təbii fəlakət nəticəsində 11000 adam həlak olub. 16500 nəfər hələ də itkindir.

XS
SM
MD
LG