Accessibility links

Obama seçkiqabağı proseslərin mərkəzindədir

  • Amerikanın səsi

Obama seçkiqabağı proseslərin mərkəzindədir

Obama seçkiqabağı proseslərin mərkəzindədir

10 günlük Havay istirahətindən qayıdan ABŞ prezidenti Barak Obama yenidən siyasi və seçkiqabağı proseslərin mərkəzində yer alıb. Prezident Vaşinqtona dünən respublikaçılar partiyasından potensial rəqiblərinin Ayova kokosunda son bəyanatları ilə çıxış etdikləri gün qayıdıb.

Ağ Evin bildirdiyinə görə, prezident respublikaçılara qarşı sərt kampaniyasını Ayova səsverməsi, Nyu-Həmşir, Cənubi Karolina və Floridadakı ilkin seçkilərin nəticəslərinə əsasən başladacaq.

Dünən tətil əhval-ruhiyyəsini dərhal kənara qoyan Barak Obama video-konfrans təşkil edib. ABŞ dövlət başçısı Demokrat partiyasından yeganə namizəd olduğunu Ayova ştatınındakı tərəfdarlarına müracət edib.

Ağ Evin mətbuat katibi Cey Kani prezidentin hazırda işsizliklə mübarizə, iqtisadi artım və orta sinif amerikalıların dəstəklənməsi kimi ciddi məsələlərlə məşğul olduğunu bildirib. "Respublikaçı rəqibləri ilə mübarizə vaxtı hələ qarşıdadır".

Bu gün ABŞ prezidenti Ohayo şatatında çıxış etməlidir. Bu ştat 2008-ci il seçkiləri zamanı Obamaya dıstık vermişdi.

XS
SM
MD
LG