Accessibility links

ABŞ-da həbs edilmiş Rusiya casusları bu gün ifadə verəcək


ABŞ-da həbs edilmiş Rusiya casusları bu gün ifadə verəcək

ABŞ-da həbs edilmiş Rusiya casusları bu gün ifadə verəcək

Onlar ittiham olunduqları Nyu York federal məhkəməsinin qarşısına çıxarılacaqlar

ABŞ-da həbsdə olan 10 Rusiya casusunun ifadə vermək üçün məhkəməsi bu günə təyin edilib . Onlar ittiham olunduqları Nyu York federal məhkəməsinin qarşısına çıxarılacaqlar. Şübhəli bilinən Anna Çapmanın vəkili Robert Baum deyib ki, məsələ öz həllini tapa bilər. O təklif edib ki, Anna təqsirini boynuna almaqla razılaşaraq deportasiya edilə bilər. Bundan öncə ABŞ üçün casusluq etdiklərinə görə həbsə alınan Rusiya elm xadiminin ailəsi deyib ki, O Amerikada casusluqda şübhəli bilinənlərlə əvəz edilə bilər. Onun qardaşı Amerikanın Səsinə bildirib ki, casusların biri-biri ilə əvəz edilməsi ABŞ-nın ideyasıdır.

XS
SM
MD
LG