Accessibility links

10 Təbrizli fəal həbsdən azad oldu


10 Təbrizli fəal həbsdən azad oldu
10 Təbrizli fəal həbsdən azad oldu

10 təbrizli mədəni fəal Təbrizin Mərkəzi Zindanından azad oldu. Onların azadlıq xəbəri sürətlə İran Azərbaycan vebsitələrində yayıldı ki, bunların siyahısına SANA News, Güney Azərbaycan Öyrənci Hərəkatı və Güney Azərbaycan Xəbər Mərkəzi daxildir.

Xəbər birinci dəfə “Əxbari Azərbaycan” veblogunda nəşr oldu. Bu xəbərdə deyildiyinə görə onların adları aşağıdakı kimidir: Fərza Məhdəvi İsfəncani, Mehdi Muhaciri, Yasir Süleymani, Məhəmməd Mahmudi, Yusuf Sələhşur, Əli İmani, Yəqub Ramazani, Məhəmməd Muradi və Əhməd Əlizadə. Onlardan bir gün əvvəl də Məhəmməd Əmiri azadlığa buraxılmışdı.

Əxbari Azərbaycanın xəbərinə əsasən, bu mədəni fəallar, “Qumtəpə” məhəlləsində təhlükəsizlik məmurları tərəfindən tutulub və həbs edilmişdilər. Onlar 4 ay Təbrizin Mərkəzi Zindanında saxlanandan sonra Dekabrın 18-də (Azər ayının 27-si) azad oldular.

Yuxarıda adları çəkilən şəxslər, əlavə 20 mədəni və siyası fəallarla birlikdə 4 ay əvvəl və rəmazan ayında, təbrizli Mustafa Əvəzpurun evində iftar edərkən saxlanmışdılar. Bir müddət Təbrizin İTTİLAAT İdarəsində, onların dediklərinə görə, basqılara məruz qalandan və dindiriləndən sonra, onlardan 15 fəal ayırılıb və Təbrizin İnqilab Məhkəməsində vəkilsiz mühakimə ediliblər və hər biri dörd ay zindan cəzasına və 20 ay da şərti (Təliqi) həbs cəzasına məhkum oldular.

İranda bəzi siyasi fəallar Təliqi Həbsi Demokl qılıncı adlandırırlar. Buna görə ki, məhkəmənin müəyyən etdiyi müddət ərzində şərti olaraq buraxılan şəxs barədə başqa bir cinayətə görə hökm çıxardılsa onda bu şəxs təxirə salınmış həbs cəzasını da çəkməli olacaq.

XS
SM
MD
LG