Accessibility links

11 sentyabr hadisələri və Amerikada təhlükəsizlik

  • Amerikanın səsi

11 sentyabr hadisələri və Amerikada təhlükəsizlik

11 sentyabr hadisələri və Amerikada təhlükəsizlik

Nəqliyyat təhlükəsizliyi rəsmiləri spesifik olaraq müsəlmanları hədəf almadıqlarını deyirlər. Amma bir çox müsəlmanlar diskriminasiyaya məruz qaldıqlarını deyirlər. Ötən il San Dieqo yaxınlığındakı məscidin genişlənməsi yerli sakinlərin şikayətləri əsasında dayandırıldı.

Amerikanın kollektiv təhlükəsizlik hissi 2001-ci il sentyabrın 11-i hücumlarından sonra qəfildən dəyişdi. Bir çox amerikalılar təkcə əlavə hücumlardan deyil, həmçinin terrorizmə qarşı götürülən ölçülərdən ehtiyatlanırlar.

Birləşmiş Ştatlarda səyahətçilər artıq 10 ildir ki, aeroportlarda yüksəldilmiş təhlükəsizlik tədbirləri ilə üzləşirlər.

Bu ölçülərdən bəziləri qalmaqal doğururb, amma Bob Dübuanın nəzərində onlar vacibdir.

“Zənnimcə bu ölçülər bizə lazımdır, xüsusilə də iqtisadiyatın belə bir vəziyyətdə olduğu məqamda. Adam heç vaxt bilmir ki, nə olacaq.”

Oscar Del Castillo yeni ölçülərlə razılaşır, amma…

“Bəzi prosedurlar, bəli. Amma mən bədənlərin skannerdən keçirilməsindən məmnun deyiləm. Düzdür, mühümlüyünü anlayıram,” o deyir.

Əminə Mirzə Qazi Los Ancelesdə Amerika-İslam Əlaqələri Şurasının vəkilidir. O, şikayət edir ki, aqressiv prosedurlar dindar müsəlmanları hədəf alır. “Mən hər dəfə səyahət edəndə baş örtüyümə görə aeroportda saxlanılıram,” deyə o, bildirir.

Nəqliyyat təhlükəsizliyi rəsmiləri spesifik olaraq müsəlmanları hədəf almadıqlarını deyirlər.

Amma bir çox müsəlmanlar diskriminasiyaya məruz qaldıqlarını deyirlər. Ötən il San Dieqo yaxınlığındakı məscidin genişlənməsi yerli sakinlərin şikayətləri əsasında dayandırıldı.

Federal Təhqiqat Bürosunun Los Anceles ofisində Stiven Martinez ABŞ-ın açıq cəmiyyət olduğunu, amma terror riskinin də real olduğunu bildirir.

“Əgər biz azadlığımızı qoruyub saxlamaq istəyiriksə, insanların gur olduğu yerlərdə təhlükələr qalacaq. Buraya əyləncə parkları, kinoteatrlar, ticarət kompleksləri daxildir. Bu məkanlar bizim düşmənlərimiz üçün münbit zəmin yaradırlar və onları qorumaq çox çətindir,” deyə Martinez söyləyir.

Cənubi Kaliforniya Universitetində təhlükəsizlik üzrə ekspert Errol Southers deyir ki, amerikalılar yeni risklərin öhdəsindən gəlməyi bacarmalıdırlar. “Buna zəlzələ, yanğın və daşqın kimi baxmaq lazımdır. İntəhası bu, insanın yaratdığı fəlakətdir. Biz insanları mövcud təhlükələr barədə maarifləndirməliyik. İkincisi, onlara başa salmaq lazımdır ki, necə hərəkət etsinlər,” o bildirir.

Southers deyir ki, ictimaiyyətdən ötürülən məlumatlar terroristlərin qarşısını almaqda mühümdür, həmçinin amerikalıların hüquqlarına hörmət etmək. Ən çətini bunlar arasında balansı müəyyənləşdirməkdir.

XS
SM
MD
LG