Accessibility links

11 sentyabr terror aksiyalarının 10-cu ildönümündə “çetter”lərin sayı artıb

  • Amerikanın səsi

11 sentyabr terror aksiyalarının 10-cu ildönümündə “çetter”lərin sayı artıb

11 sentyabr terror aksiyalarının 10-cu ildönümündə “çetter”lərin sayı artıb

ABŞ-ın kəşfiyyat rəsmiləri 11 sentyabr terror aksiyalarının 10-cu ildönümündə “çetter”lərin artdığını bildirir. Daxili təhlükəsizlik naziri Canet Napolitano bü gün deyib ki, terror təhlükəsinə dair heş bir məlimat olmamasına baxmayaraq, Amerika bütün danışıqları ciddi qəbul edir . Amerikanın hərbi bazalarında 2001-ci il 11 sentyabr terror aksiyalarının 10-cu ildönümü ərəfəsində xəbərdarlıq səviyyəsi qaldırılıb. Pentaqon sözçüsü Corc Littl bildirib ki, xəbərdarlıq hansısa konkret təhlükə deyil, ehtiyat mahiyyəti daşıyır. Senatın Daxili Təhlükəsizlik və Hökumətlərarası əlaqələr komitəsinin sədri bildirib ki, Amerikanın terror hücumlarından müdafiə edilməsində Daxili Təhlükəsizlik Nazirliyinin rolu böyük olub. Nazirliyin nəzdində 200 min işçisi ilə 22 agentlik fəaliyyət göstərir.10 il əvvəl Əl-Qaidə terrorçularının Dünya Ticarət Mərkəzi və pentaqona qarşı hücumları zamanı 3000 adam həlak olmuşdu. Amerikanın üçüncü ən böyük idarəsi olan nazirliyin illik büdcəsi 50 milyard dollardır.

XS
SM
MD
LG