Accessibility links

11 sentyabr komissiyası yekun hesabatını açıqladı

  • Amerikanın səsi

11 sentyabr komissiyası yekun hesabatını açıqladı

11 sentyabr komissiyası yekun hesabatını açıqladı

2001-ci il sentyabrın 11-i hücumlarının ildönümü ərəfəsində açıqlanmış hesabatda bildirilir ki, ölkədə təhlükəsizlik durumu hələ də lazımi səviyyədə deyil.

“Terror hadisələrindən on il sonra xilasedicilər hələ də fəlakət zonasında bir-biri ilə rabitə qura bilmir. Biz hələ də fəlakət zonalarında təşkilat işlərini sahmana salmamışıq. Problemlər çoxdur,” deyə Tom Kean bildirib. 11 sentyabr komissiyasının sabiq həmsədri Tom Kean deyir ki, bəzi məsələlərdə çatışmazlıqlar nəhəngdir.

Spesifik olaraq aeroportlarda təhlüksəziliyin yaxşı təmin edilmədiyi vurğulanır. Hesabat partlayıcı maddələrin aşkar efilməsi üçün daha yaxşı detektor sistemlərinin quraşdırılmasını tövsiyə edir. Sənəddə habelə bidlirilir ki, fəlakətə cavab verən müxtəlif növ qüvvələr arasında rabitə gücləndirilməlidir.

XS
SM
MD
LG