Accessibility links

Vaşinqtonda Fortune jurnalının təşkil etdiyi dünyanın ən nüfuzlu qadınlarının 12-ci sammiti keçirilir


Vaşinqtonda Fortune jurnalının təşkil etdiyi dünyanın ən nüfuzlu qadınlarının 12-ci sammiti keçirilir
Vaşinqtonda Fortune jurnalının təşkil etdiyi dünyanın ən nüfuzlu qadınlarının 12-ci sammiti keçirilir

Üç gün sürən zirvə görüşünün əsas məqsədi dünya qadınları arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır

Paytaxt Vaşinqtonda Fortune jurnalının dünyanın ən nüfuzlu qadınlarının 12-ci sammiti keçirilir. Üç gün sürən zirvə görüşünün əsas məqsədi dünya qadınları arasında müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.

Fortune jurnalı hər il dünyada biznes sahəsində ən nüfuzlu 10 qadının siyahısını açıqlayır. Bu 10 qadın dünyanın müxtəlif ölkələrindən 400 tanınmış qadına qoşularaq fikir mübadiləsi aparmaq üçünVaşinqontda oktyabrın 4-6 arasında keçirilən zirvə görüşündə iştirak edir. Sammit dünyada biznes, xeyriyyə, təhsil və incəsənət sahələrində ən görkəmli qadınlarla görüşmək imkanı yaradır. Bu il artıq 12-ci dəfə keçirilən zirvə görüşünün formatı da rəsmi çıxışlar deyil, canlı müzakirələr şəklində qurulub. İlk dəfədir paytaxt Vaşinqtonda keçirilən zirvə görüşünun əsas mövzusu irs yaratmaqdır. Fortune jurnalının redaktoru və sammitin sədri Patti Seller deyib ki, zirvə görüşünün əsas məqsədi ən nüfuzlu qadınların öz fikirlərilə bölüşməsidir.

Qadınlar liderlik, biznes və təşkilatların qurulması, etibarın yaradılması, mentor proqramları və dünyada dəyişiklik etmək üçün imkanların genişləndirilməsi kimi məsələlər ətrafında geniş müzakirələr aparır.

Tədbirin birinci günü iştirakçılar qarşısında çıxış edən ABŞ prezidenti Barak Obama ailəsi və uşaqları olan qadınlara iş yerlərində daha əlverişli şəraitin yaradılmasının vacibliyi məsələsini vurğulayıb. Prezident Obama deyib ki, belə şəraitin yaradılması təkcə qadınlar üçün əlverişli deyil, ümumilikdə iqtisadiyyat üçün faydalıdır. Cənab Obama qadınların iş yerlərində yüksələ bilməsinə dair öz həyatından misal gətirərək, Havay adalarında katibə vəzifəsindən bankın vitse-prezidenti səviyyəsinə qədər yüksəlmiş ilk qadınların biri olan nənəsini xatırlamışdır. ABŞ prezidenti qeyd edib ki, belə qadınlar qadınların gələcək nəslinin bu inkişafı davam etdirməsini təmin ediblər.

Sammitdə çıxış edən American Express şirkətinin prezidenti Süzan Sobbott deyib ki, bu gün ABŞ-da qadınların rəhbər olduğu biznes müəssisələrində 13 milyon insan çalışır və 2018-ci ilə bu şirkətlərdə 5,5 milyon yeni iş yeri açılacaq.

Fortune jurnalının dünyanın ən nüfuzlu qadınlarının 12- ci konfransında ABŞ Dövlət katibi Hillari Kintonun çıxışı olub.

ABŞ-ın görkəmli qadın ictimai xadimləri, tanınmış biznes, incənəsət ustaları və jurnalistlər konfrans çərçivəsində müxtəlif iclaslarda müzakirələr keçirmişlər.

XS
SM
MD
LG