Accessibility links

13 nəfər ABŞ Prezidentinin Azadlıq Medalı ilə təltif olunub


ABŞ prezidenti Barak Obama ölkənin ən yüksək sivil ordenlərini musiqi əfsanəsi, pioner astronavt və ABŞ-ın ilk qadın dövlət katibinə verib. Dünən 12 nəfər Prezidentin Azadlıq Medalı ilə təltif olunub.

Ağ Evdə keçirilən mərasimdə cənab Obama deyib ki, laureatlar insanların həyatını müsbətə doğru dəyişib və onları ruhlandırıb.

Barak Obama qaliblərdən biri olan musiqiçi Bob Dylan-u Amerika musiqi tarixinin nəhəngi adlandırıb. Prezidentin sözlərinə görə, Yerin orbitinə çıxan ilk ABŞ astronavtı Con Qlen sözün hər bir mənasında bir qəhrəmandır. O, sabiq dövlət katibi Madelin Olbraytın isə dünyada sülhün yayılması üçün yürütdüyü diplomatiyanı və demokratik ideyalarını önə çəkib.

XS
SM
MD
LG