Accessibility links

152 nəfəri daşıyan sərnişin təyyarəsi Pakistanın paytaxtı yaxınlığında qəzaya uğrayıb


152 nəfəri daşıyan sərnişin təyyarəsi Pakistanın paytaxtı yaxınlığında qəzaya uğrayıb

152 nəfəri daşıyan sərnişin təyyarəsi Pakistanın paytaxtı yaxınlığında qəzaya uğrayıb

ABŞ-ın Pakistandakı səfiri iki Amerika vətəndaşının həlak olduğunu bildirib

152 nəfər daşıyan sərnişin təyyarəsi Pakistanın paytaxtı yaxınlığındakı ucqar dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarədə olan hər kəs həlak olub. Rəsmilər bildirir ki, Airblue təyyarəsi bu gün Karaçidən İslamabad şəhərinə uçurdu. Təyyarə yağışlı və buludlu havada enməyə çalışarkən qəzaya uğrayıb. Ordu vertolyotları sıx meşəliyin üzərində dövr edərək sağ qalanları axtaran zaman xilas qrupu dərhal Marqalla Dağlarına göndərilib. Rəsmilər bildirb ki, sağ qalanlar haqda ilkin məlumat yanlış idi. ABŞ-ın Pakistana səfiri iki Amerika vətəndaşının hadisədə həlak olduğunu bildirib. Hərbilir çətin sahə və hava vəziyyətində keçirilən axtarış və bərpa işlərinə kömək etmək üçün əraziyə göndərilib. Qəzanın dəqiq səbəbi dərhal aydın olmayıb. Airblue sözcüsu Rahil Əhməd deyib ki, təyyarədə naməlum texniki nasazlıq problemi olub və pilot təcili yardım məlumatı göndərməyib.

XS
SM
MD
LG