Accessibility links

17 aprel aksiyası zamanı saxlanan 40 nəfərin işinə məhkəmə baxıb


17 aprel aksiyası zamanı saxlanan 40 nəfərin işinə məhkəmə baxıb

17 aprel aksiyası zamanı saxlanan 40 nəfərin işinə məhkəmə baxıb

Məhkəmələrin qərarı ilə 6 nəfərə 5 sutkadan 15 sutkayadək qədər inzibati qaydada həbsə məhkum edilib. 19 nəfər 10 manatdan 100 manata qədər müxtəlif məbləğdə cərimə edilib, 11 nəfər xəbərdarlıq olunub. 20 nəfər polis şöbələrində cərimələnib, 10 nəfər isə hələ də qeyri-qanuni olaraq polis bölmələrində saxlanılır.

İctimai Palatanın 17 aprel mitinqində 200 nəfərə yaxın adam saxlanılıb. Onlardan 40 nəfərinin işi məhkəmələrə göndərilib. Məhkəmələrin qərarı ilə 6 nəfərə 5 sutkadan 15 sutkayadək qədər inzibati qaydada həbsə məhkum edilib. 19 nəfər 10 manatdan 100 manata qədər müxtəlif məbləğdə cərimə edilib, 11 nəfər xəbərdarlıq olunub. 20 nəfər polis şöbələrində cərimələnib, 10 nəfər isə hələ də qeyri-qanuni olaraq polis bölmələrində saxlanılır.

“Bu həbs və cəzalar ölkədə son aylar başlanmış repressiya dalğasının davamıdır. Hakimiyyət bu yolla ölkədə demokratik dəyişikliklər tələb edən insanları susdurmaq istəyir. Müsavat Partiyası bəyan edir ki, bu cür təqib və təzyiqlərlə azad fikirli, demokratik düşüncəli insanları haqq işi uğrunda mübarizədən yayındırmaq mümkün olmayacaq”, - deyə müsavat Partiyasının bəyanatında qeyd edilir.

Öz növbəsində, rəsmi məlumata görə, 17 apreldə 65 nəfər insan saxlanıb. Onlardan 25 nəfəri xəbərdarlıq edilərək azad buraxılıb. 40 nəfərin işi isə məhkəmələrə göndərilib.

Hökumətin müxalifətin aksiyalarının dağıtması beynəlxalq təşkilatlar tərəfindən pislənir. “Beynəlxalq birlik Azərbaycan hakimiyyətinə təzyiqləri artırmalı və son etiraz aksiyaları zamanı həbs olunmuş fəalların azadlığa buraxılmasına nail olmalıdır”. Bu barədə Human Rights Watch hüquq-müdafiə təşkilatının Avropa və Asiya proqramları üzrə icraçı direktoru Reyçel Denber Turan agentliyinə bildirib.

Onun fikrincə, hakimiyyətin dinc aksiyaların qarşısını almaq siyasəti əks-səmərəlidir və insan hüquqlarının, əsasən söz və toplaşma azadlığının təminatı sahəsində hakimiyyətin beynəlxalq öhdəliklərinə ziddir.

XS
SM
MD
LG