Accessibility links

1996-cı ildən bəri ABŞ-da 56 məktəbdə silahlı hücum olub. Hücumların əksəriyyəti ya məktəb şagidləri, ya da məzunlar tərəfindən həyata keçirilib.

Hücumlardan dəhşətə gələn şagidrlərin biri-birinə sarılması səhnəsi həmişə eyni olur.

Veston məktəbində 15 yaşlı şagird səhər saat 8-də məktəbə alovlu silahla girib.

Fevral ayında Ohayo ştatının kiçik Çardon şəhərində də buna bənzər hadisə baş verib. 17 yaşlı T.J. Leyn adlı hücumçu 3 nəfəri öldürüb.

Psixoloqlar, polis və pedaqoqlar hücumçular arasında oxşarlıqları araşdırıb. Psixoloq Amanda Nikerson Baffalo Universitetində məktəb zorakılıqlarını araşdıran mərkəzə rəhbərlik edir. “Burada standart profil yoxdur.”

Amerikanın Kəşfiyyat Xidməti onlar arasında yeganə bənzərliyi hamısının oğlan olması və təkbaşına hücuma keçməsi ilə izah edir.

“Onların üçdə iki hissəsi alçaldılma və təqibedilmə hissi yaşayan və yoldaşları tərəfindən qəbul edilməyənlərdir. Onlar depressiyada olan və hətta intihara cəhd edənlərdir.”

Əqli xəstəliklər də burada böyük rol oynayır.

“Zorakılıqlara əl atanların xəstəlik tarixinə baxdıqda, onların əqli xəstəliyə malik olduğunu görürük.”

2010-cu ildə Kolorado məktəbində hücum həyata keçiriən şagirdin atası oğlunun səslər eşitdiyini və çaşqın göründüyünü deyir.

“Biz yardım almağa çalışdıq, lakin bir neçə yerdə bizdən pul istədilər, pul ödəmədən yadım göstərməkdən imtina etdilər.”

Kəşfiyyat Xidmətinin hesabatında hücum planı barədə bir və ya bir neçə şagirdin xəbəri olduğu, lakin bu barədə səlahiyyətli nümayəndələri xəbərdar etmədiyi bildirilir. Kəşfiyyat Xidmətinin təxminlərinə görə, bir miyon məktəb şagirdindən birinin öldürülümə riski mövcuddur. Təhlükəsiz olmaları yerdə həyatların itirilməsi riski az olması valideynlərin övladları barədə narahat olmamalarına yardım etmir.

XS
SM
MD
LG