Accessibility links

Ceyrd Loffnerə qarşı ittihamlar irəli sürülüb


Ceyrd Loffnerə qarşı ittihamlar irəli sürülüb
Ceyrd Loffnerə qarşı ittihamlar irəli sürülüb

Arizona ştatında 20 adamı atəşə tutan Ceyrd Loffnerə qarşı ittihamlar irəli sürülüb. ABŞ Konqresinin demokrat nümayəndəsi Gabriella Qiffordsu ağır yaralayan 22 yaşlı müttəhim ömürlük həbs cəzası ala bilər. Loffner 6 adamın ölümündə günahlandırılır. O, həm də Konqres nümayəndəsinə qarşı sui-qəsd cəhdində ittiham edilir. 40 yaşlı Gabriella Qiffordsun həkimləri onun vəziyyətinin sabit olduğunu bildirib. Həyati təhlükəsi hələ qüvvədə olan Qifford bəzi bəsit komandalara reaksiya verir. ABŞ prezidenti Barak Obama sabah öldürülənlərin anım mərasimində iştirak etmək üçün Arizonaya səfər edəcək.

XS
SM
MD
LG