Accessibility links

2001-ci il sentyabrın 11-i hücumlarından bəri İraq və Əfqanıstanda minlərlə ABŞ əsgəri həlak olub

  • Nərminə Cəlalqızı

2001-ci il sentyabrın 11-i hücumlarından bəri İraq və Əfqanıstanda minlərlə ABŞ əsgəri həlak olub

2001-ci il sentyabrın 11-i hücumlarından bəri İraq və Əfqanıstanda minlərlə ABŞ əsgəri həlak olub

Müharibədə alınan yaralar çox halda fiziki olmur

2001-ci il sentyabrın 11-i terror hücumlarından bəri İraq və Əfqanıstanda 6000-dən çox ABŞ əsgəri həlak olub. 44 mindən çox hərbçi isə vətənə yaralı dönüb və hələ də reabilitasiya keçir.

ABŞ ordusunun çavuşu Cessi Viliams İraqda konvoy maşınını sürərkən yolkənarı bombanın partlaması nəticəsində yaralanıb. Bomba partlayarkən onun yadında yalnız başının maşının qabaq şüşəsinə dəydiyi qalıb.

Bu xəbəri alanda Cessi Villiamsın həyat yoldaşı Samantanın 20 yaşı və yanında körpə oğlu var idi. O vaxt Villiams Bağdadın şimalında baş nayihəsində cərrahi əməliyyat keçirdi. “Bu dəhşətli bir xəbər idi. Mən nə edəcəyimi bilmirdim. Yalnız oturub gözləmək qalırdı. Mən bir daha buna qayıtmaq istəmirəm, mən bird aha buna dözə bilmərəm.”- deyə, Samanta bildirir.

Beyin travması İraqda adı hal olub. Villiamsı müalicə edən həkim əvvəllər heç vaxt beyində cərahiyyə əməliyyatı etməmişdi və o, yalnız təcili olaraq nəsə etməli olduğunu düşünürdü. Buna baxmayaraq Villiams həmin həkimin əməliyyat etdiyini deyir.

- Onun yanında kitablar var idi və o, digər həkimlə telefon vasitəsilə danışırdı. Nəhayət o, məni həyata qaytarmaq üçün ilkin əməliyyatı başa çatdıra bildi.

Bundan sonra Villiamsı Birləşmiş Ştatlara göndərdilər və burada onun beyninin yarısını kəsməli oldular. Cessi ayılanda həyat yoldaşını tanımadı. “O özünə bənzəmirdi. Onu belə görmək ağır idi. O, nə danışa bilir, nə də mənim orada olduğumu bilirdi. Bu, dəhşətli idi.” - deyə, Villiamsın həyat yoldaşı bildirir.

Villiamsın dediyinə görə, ən dəhşətlisi isə özünü görmək idi. Onun kəlləsinin yarısı yox idi. O, yadında heç nəyin qalmadığını və danışa bilmədiyini deyir. “Mən bir daha sağalmamaqdan qorxurdum. Mən yaxşı insan, yaxşı ata, yaxşı həyat yoldaşı, yaxşı əsgər və oğul olmamaqdan qorxurdum.”

İntensiv tibbi təlimlər indi hərbçilərin həyatının bir hissəsi olub. Lakin müharibədə alınan yaralar çox halda fiziki olmur.

Mütəxəssis Şona Fayzer İraqda ayağından yaralanmışdı. Artıq bir ildən çox keçməsinə baxmayaraq, o hələ də ağrılar çəkdiyini, səs-küyə dözə bilmədiyini və ordudan kənarda özünü itirilmiş kimi hiss etdiyini deyir. “Yaralanmağın ən ağır tərəfi odur ki, adam əvvəlki şəxsiyyətini geri qaytarmağa çalışır, mənsub olduğu yeri müəyyənləşdirmək istəyir. Mən yaralı olsamda hələ də özümü əsgər hesab edirəm.”

O, belə hadisələrin bəzən baş verdiyini deyir. “Biz Boy Scout deyilik, biz əsgərik, təəssüflər olsun ki, belə hadisələr bizim həyatımızın bir hissəsi ola bilir.” - deyə Cessi bildirir.

XS
SM
MD
LG