Accessibility links

2001-ci ilin sentyabr ayının 11-də dünyanın dəyişəcəyini heç kim düşünməzdi

  • Amerikanın səsi

2001-ci ilin sentyabr ayının 11-də dünyanın dəyişəcəyini heç kim düşünməzdi

2001-ci ilin sentyabr ayının 11-də dünyanın dəyişəcəyini heç kim düşünməzdi

2001-ci ilin sentyabr ayının 11-də səhər saat 8:46 radələrində dünyanın dəyişəcəyini heç kim düşünməzdi. Həmin gün Əl-Qaidənin 19 terrorçusu 4 təyyarəni ələ keçirərək, Nyu-Yorkun Dünya Ticarət Mərkəzinin əkiz binalarını yerlə yeksan etmişdi. 17 dəqiqə sonra Vaşinqtonda yerləşən Müdafiə Nazirliyi-Pentaqona qarşı 3-cü təyyarə hücumu olmuşdu. 4-cü təyyarə isə Pennsilvaniyada hədəfinə çatmadan, şərnişinlərin terroçulara hücuma keçməsi ilə qəzaya uğramışdı. 2977 günahsız insan həlak olmuşdu. Onlar dünyanın müxtəlif qitələrinin 90 ölkəsinin vətəndaşları idi.

11 senyabr hücumları Amerikada həyata keçirilsə də,bütün dünyanı hədəf almışdı.

Hüculara ilk cavab verənlərin xatirəsi yaşadılmalı, terror hücumlarından müdafiə məqsədi ilə canlarından keçənlər daim anılmalıdır. Hücumlardan sonrakı həmrəlik və mətinlik günlərlə və aylarla deyil, illərlə davam edir. Amerika və dünya ölkələrinin adi vətəndaşları terror təhlükəsi ilə mübarizəyə qalxıb.

Tərəfdaşlıq və dostluq terroçulara güclü bir müsajdır:Qətiyyət, ruh yüksəkliyi və həmrəylik çətinliklərdən müsbət nəticələrə keçiddir.

ABŞ prezidenti Brak Obamanın dediyi kimi, “Biz həmişə özmüzə belə bir sualla müraciət etməliyik:Canlarını fəda edən vətənpərvər insanların xatirəsini necə yaşatmalıyıq? Cavab 10 il əvvəl olduğu ilə eynidir. Onların yaşadığı, qurban getdiyi Amerika olaraq qalmalıyıq” .

“ABŞ təkcə müxtəlifliyi qəbul edən bir ölkə deyil. Amerika Yaxın Şərq, Şimali Afrika və ya aclıq çəkən Afrika buynuzu olmasından asılı olmayaraq, dünyada insan ləyaqəti, insan hüquqlarına ehtiram göstərən bir ölkədir ”.

XS
SM
MD
LG