Accessibility links

2010-cu il Nobel Sülh Mükafatı laureatının həyat yoldaşı nəzarət altına alınıb


2010-cu il Nobel Sülh Mükafatı laureatının həyat yoldaşı nəzarət altına alınıb
2010-cu il Nobel Sülh Mükafatı laureatının həyat yoldaşı nəzarət altına alınıb

ABŞ-ın insan haqları təşkilatının bildirdiyinə görə, Çin rəsmiləri həbsdə olan dissident və 2010-cu il Nobel Sülh Mükafatı laureatı Liu Xiaobonun həyat yoldaşı nəzarət altına alıb. Liu Xia həbsxanada həyata yoldaşını qısa ziyarətdən sonra saxlanılıb. Freedom Now təşkilatı deyir ki, Liu Xiaya Pekindəki evini tərk etməyə icazə verilməyib və nə dostları, nə də mətbuat üzvləri içəri buraxılmayıb. Onun hətta mobil telefonundan istifadəyə etmsinə də icazə verilmir. Liu Xia bu gün günorta saatlarında Cin Zou şəhərindəki həbsxanada təxribat ittihamı ilə 11 həbs cəzasına məhkum olunan həyat yoldaşını ziyarət etmişdi. Həmin görüşdən sonra Çin rəsmiləri onu nəzarətdə saxlayır. Təşkilat bildirir ki, Liu Xiaobo Nobel Sülh Mükafatına layiq görüldüyünü eşidəndə ağlayıb və bu mükafatı 1989-cu ildə Pekinin Tiananmen meydanında iğtişaşlar zamanı həlak olan demokratiya tərəfdarı nümayişçilərə həsr edir.

XS
SM
MD
LG