Accessibility links

Keçən bir ildə Türkiyə-Amerika Münasibətləri


Keçən bir ildə Türkiyə-Amerika Münasibətləri

Keçən bir ildə Türkiyə-Amerika Münasibətləri

Ötən il Türkiyə- Amerika münasibətlərində İran, İsrail, erməni soyqırımı iddiası və raketlərdən müdafiə sistemi sahələrində keşməkeşli bir dönəm olub.

2010-cu il Türkiyə-Amerika münasibətləri baxımından olduqca enişli-yoxuşlu bir il olub. Ötən il İran, İsrail, erməni soyqırımı iddiası və raketlərdən müdafiə sistemi sahələrində keşməkeşli bir dönəm olub. 2009-cu ildə prezident Obamanın türk dünyası ilə münasibətləri inkişaf etdirmək niyyəti bəlli id. Elə bu baxımdan ABŞ dövlət başçısı kimi Obama ilk səfərini Ankaraya etmiş,Türk-Amerika əlaqələrinə verdiyi önəmi vurğulamış, nümunəvi bir ortaqlıqdan söz açmışdı. Lakin 2010-cu il Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Amerika hökuməti ilə fikir ayrılıqları ortaya çıxdı. 2010-cu il Türkiyə ilə İsrail arasında soyuqluq yarandığı, Türkiyənin İranla bağlı Qərbin baxışını bölüşmədiyi, Amerikanın dəstəklədiyi Türkiyə-Ermənistan yaxınlaşmasının dalana dirəndiyi bir ildir.

Keçən il ABŞ Konqresinin Nümayəndələr Palatasının kaliforniyalı millət vəkili Hovard Berman erməni soyqırımı iddialarına dair qətnaməni gündəmə çıxardı. Hər il olduğu kimi bu dəfə də qətnamənin səsə qoyulması istənildi. O günlər ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə nümayəndəsi Fillip Gordon Obama administrasiyasının siyasətini belə açılamışdı.

Biz 1915-ci il hadisələrinin doğru, olduğu kimi, ədalətli şəkildə qəbul edilməsini arzulayırıq. Bunun yeganə yolu sülh və inkişafa söykənərək gələcək qurmağa çalışan türklərlə ermənilərin tarixi faktları qəbul etməsidir.ABŞ dövlət katibi Hillari Klinton və müdafiə naziri Robert Qeytsin dediyi kimi Konqresin bu məsələdə əlavə addım atması Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşma prosesini daha da çətinləşdirə bilər.

ABŞ hökumətinin təşəbbüsləri, Türkiyə hökumətinin səyləri və türk lobbisinin fəaliyyətləri erməni soyqırımına dair qətnamənin səsə çıxarılmasına mane oldu. 2010-cu ilin noyabr ayı seçkiləri Konqresə yeni bir siyasi imic gətirdi. Erməni lobbisinin güclü dəstək verdiyi Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi vəzifəsini respublikaçı Con Boyerə təhvil verməli oldu. Bu isə erməni soyqırımı iddiası baxımından Türkiyə leyhinə bir müsbət inkişaf hesab edilə bilər.

Türkiyə və Amerika arasında ciddi fikir ayrılqılarana səbəb daha iki- İran və İsrail məsələsi oldu. Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların əleyhinə olması bunlardan biridir. İranla bağlı atılacaq addımlar aprel ayında Vaşintonda keçirilən sammitə də gündəmə çıxarıldı. ABŞ İranın beynəlxalq öhdəliklərə əməl etməsi üçün əlavə sanksiyaların tətbiqini istəyirdi. Prezident Obama iyul ayında Amerikanın İranla bağlı siyasətini belə açıqlamışdı.

Nüvə silahlarının yayılmamasına dair sazişi imzalayan ölkələrdən yalnız biri BAEA-nin nüvə proqramının dinc mahiyyətini qəbul etmir. İran. İran hökuməti illərdir cavabdehlikdən boyun qaçırır. BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına qarşı çıxaraq nüvə proqramını davam etdirir. Bununla yanaşı terrorçu qruplaşmalara dəstək verir, xalqının arzularına göz yumur ” .

Türkiyə isə belə düşünmür. Türkiyə hökuməti diplomatik səylərin nəticə verəcəyinə inanır. Məhz buna görə Türkiyə may ayında BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına rədd cavabı verir. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu sanksiyalara ehtiyac olmadığını bildirir.

Wikileaksin erməni sorqırımı iddiasına dair qətnamənin təsdiqi üçün göstərilən təzyiqlər barədə teleqramları açıqlaması münasibətləri daha da gərginləşdirdi.

XS
SM
MD
LG