Accessibility links

2011-ci il Nabucco üçün həlledici il olacaq


2011-ci il Nabucco üçün həlledici il olacaq
2011-ci il Nabucco üçün həlledici il olacaq

Nabucco konsorsiumu Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosonun və Avropa İttifaqının energetika komissarı Günter Ottingerin Azərbaycana və Türkmənistana səfərini alqışlayır

2011-ci il Nabucco üçün həlledici il olacaq. Qəbul ediləcək qərarlar gələcəkdə enerji resurslarının Avropaya ixracına xeyli dərəcədə təsir göstərəcək. Buna görə Avropa İttifaqı Nabucco üçün potensial resurs təchizatçısı ölkələr - Azərbaycan və Türkmənistanla münasibətlərini inkişaf etdirməlidir. Bu bəyanatla Nabucco Gas Pipeline International GmbH-ın korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Kristian Dolezal Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosonun və Avropa İttifaqının energetika komissarı Günter Ottingerin Azərbaycana və Türkmənistana səfəri ərəfəsində çıxış edib.

Nabucco konsorsiumu Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosonun və Avropa İttifaqının energetika komissarı Günter Ottingerin Azərbaycana və Türkmənistana səfərini alqışlayır.
Avropa Komissiyası rəsmilərinin Azərbaycana və Türkmənistana səfəri yanvarın 13-də başlayacaq.

Avropa Komissiyasının məlumatına görə, səfər çərçivəsində yanvarın 13-də Avropa İttifaqının prezidenti və Azərbaycan prezident İlham Əliyev “Cənub dəhlizi” layihəsi, siyasi və iqtisadi islahatları nəzərdə tutan birgə bəyannamələr imzalayacaq.
Avropa Komissiyasının prezidenti yanvarın 14-də BakıdaN Aşxabada gedəcək.

Xatırladaq ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bu günlərdə Nazirlər Komitəsinin iclasında Avropaya təbii qaz verməyə hazır olduqlarını bildirib.

XS
SM
MD
LG